Maqazin

Özkan Uğurun dəfn ediləcəyi tarix açıqlandı

Özkan Uğurun dəfn ediləcəyi tarix açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, məşhur müğənni və aktyor Özkan Uğur 69 yaşında vəfat edib.

Axşam.az-ın məlumatına görə, mərhumumun dəfn və vida mərasimi ilə bağlı dostu və həmkarı Zafer Algöz paylaşım edib. O bildirib ki, Özkanla vida mərasimi iyulun 11-də səhər saat 11:00-da başlayacaq. Günorta namazından sonra Taksim məscidində namaz qılınacaq. Namazın ardından Özkan Uğur “Karacaahmet” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, mərhum uzun müddətdir xərçənglə mübarizə aparırdı.