Maqazin

“Özlərinə arxayın olmurlar” – Aparıcılara söz atdı

“Özlərinə arxayın olmurlar” – Aparıcılara söz atdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim efirimizə gələn adam olanda kənara çəkilirik ki, onlar görünsünlər, öndə olsunlar”. 

OLAY yazır ki, bu sözləri “Zaurla Günaydın” verilişində aparıcı Zaur Baxşəliyev söyləyib. O, bəzi həmkarlarının efirinə dəvət etdiyi qonaqdan çox danışmasına münasibət bildirib:

“Mən insanlara o şansı yaradıram ki, özlərini göstərsinlər. Heç vaxt olmayıb ki, özümü qabağa verəm. Mənə önəmli olan qonaqların görünməyidir. 22 ildir artıq efirdəyəm. Bəzən insanlar özlərinə arxayın olmurlar, kölgədə qalmaqdan qorxurlar, həm də düşünürlər ki, qonaq şəxsi məsələlərdən danışmasa, kimisə qıcıqlandırmasa, söz atmasa, dava etməsə maraqlı olmayacaq. Məncə, hər şey o deyil. Artıq o deyil”.