“Pakistan Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətini tanıya bilər”.
7Times.az xəbər verir ki, bunu Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn deyib. Onun sözlərinə görə, Pakistan region ölkələri və dünya gücləri ilə məsləhətləşmələrdən sonra Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətini tanıya bilər.
“Müxtəlif ölkələrlə bu cür danışıqlar aparırıq və region dövlətləri və dünya gücləri ilə hərtərəfli danışıqlardan sonra talibançıların hakimiyyətinin qurulmasına yanaşma ilə bağlı qərar qəbul edəcəyik”, – deyə pakistanlı nazir qeyd edib.
O həmçinin əlavə edib ki, Pakistanın Əfqanıstanla bağlı mövqeyi əvvəl də aydın idi və bu mövqe indi də elə qalacaq: “Biz “Taliban” hərəkatının qanununun aliliyinə və əsas insan hüquqlarına hörmət edəcəyini gözləyirik. Hazırda Əfqanıstanda sabitliyin təmin edilməsi məsuliyyəti tam olaraq “Taliban”ın üzərinə düşür”.