Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb. Qeyd olunur ki, iyulun 5-dən etibarən yağan güclü yağışlar Pakistanın əksər bölgələrinə yaşayan sakinlərin həyatına mənfi təsir göstərib.
Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb.Şəhərin bir çox yerlərində yollar, körpülər yarasız hala düşüb, yaşayış binaları su altında qalıb.