Dünya

Pakistandakı qəzada ölü sayı 50-yə çatdı – 100 yaralı + Yenilənib

Pakistandakı qəzada ölü sayı 50-yə çatdı – 100 yaralı + Yenilənibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın “ARY News” telekanalının verdiyi məlumata görə, qəza nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb, təxminən 70 nəfər yaralanıb.

7times.az xəbər verir ki, eyni zamanda “Geo TV” kanalının verdiyi məlumata görə isə qəzada yaralananların sayı 100 nəfərə çatıb.

10:47

Pakistanda iki qatarın toqquşması nəticəsində 36 nəfər həlak olub.

7times.az “Samaa TV”yə istinadən xəbər verir ki, qəzada 60-dan çox insan yaralanıb.

Qəzanın Sind əyalətinin Qotka şəhəri yaxınlığındakı dəmiryolu stansiyaları arasında baş verdiyi qeyd olunur.

Dəmiryolu rəsmisi bir qatarın relsdən çıxan ikinci qatarın üstünə çırpıldığını bildirib. Toqquşma nəticəsində 14 vaqon relslərin kənarına aşıb, 6-8 vaqon tamamilə yararsız hala düşüb.

Polis, hərbçilər və xilasedicilər hadisə yerinə cəlb olunub. Hazırda qatarların hərəkəti dayandırılıb. Qafqazinfo.az