Pakistanın Xayber-Paxtunxva əyalətində yerləşən Badaber kəndində naməlum silahlı şəxslərin yaşayış binasına hücumu nəticəsində azı doqquz nəfər ölüb.
7Times.az xəbər verir ki, bu barədə “The Nevs” qəzeti polisə istinadən məlumat yayıb.
Məlumata görə, naməlum silahlı şəxslər yaşayış binasına daxil olub və orada nizamsız atəş açıb, doqquz nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Polis hücumün səbəblərini araşdırır. Hüquq-mühafizə orqanlarının iki ailə arasındakı mümkün pul və maddi mübahisə ilə bağlı ilkin versiyası təsdiqini tapmayıb.
Follow @7timesaz