Dünya

Pakistanda terror hücumu təşkil edənlər Əfqanıstanda qorunur? – “Taliban” sözçüsü iddiaları qəbul etmir

Pakistanda terror hücumu təşkil edənlər Əfqanıstanda qorunur? – “Taliban” sözçüsü iddiaları qəbul etmirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda terror aktları artıb və bu, “Tehrik-e-Taliban Pakistan” (TTP) ilə əlaqələndirilir.

“Afghan Diaspora Network” yazır ki, TTP Şimali Vəziristan və Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva əyalətinin ətraf rayonlarında təhlükəsizlik qüvvələrinə qarşı demək olar ki, hər gün hücumlar təşkil edir. Bu, iki qonşu arasında gərginliyi artırıb.

Pakistanın Müdafiə naziri Xavaca Asif “Taliban” rejimini Doha razılaşmasını və qonşularının hüquqlarını pozmaqda ittiham edib.

Bu yaxınlarda Pakistan ordusunun başçısı Asim Munir TTP üzvlərinin Əfqanıstanda yerləşdirilməsindən ciddi narahatlığını dilə gətirib.

“Taliban” və ABŞ Doha danışıqlarında razılığa gəlib ki, Əfqanıstan ərazisindən qonşu ölkələrə hücum etmək üçün istifadə olunmayacaq və orada terror təşkilatlarının fəaliyyətini dayandıracaqlar.

“Taliban” sözçüsü Zabihullah Mücahid Pakistanın iddialarına cavab olaraq mediaya onun de-fakto administrasiyasının Doha razılaşmasına sadiq olduğunu, Pakistana dost ölkə kimi baxdığını və Əfqanıstan ərazisinin Pakistana qarşı istifadə olunmamasını təmin etdiyini iddia edib.

O, Pakistanın “Təhrik-e-Taliban Pakistan”ın (TTP) Əfqanıstandan fəaliyyət göstərdiyinə dair heç bir sübut təqdim etməyib. “Taliban”a görə, TTP Pakistanın təhlükəsiz sığınacaqlarında fəaliyyət göstərir və Əfqanıstanın onlarla heç bir əlaqəsi yoxdur. O, bunu 9 pakistanlı əsgərin ölümü ilə nəticələnən Bəlucistan hadisəsinə cavab olaraq deyib. Xavaca Asif isə Pakistandakı hücumların arxasında duran terrorçuların hazırda Əfqanıstanda qorunduğuna inanır.

Bundan əlavə, Pakistan ordusunun rəhbəri Əfqanıstanda TTP-nin dayaq məntəqələrinə qarşı konkret əməliyyatların aparılmasını tələb edib. Məqsəd TTP-nin fəaliyyətini dayandırmaq və onların yaratdığı təhlükəsizlik təhdidini aradan qaldırmaqdır.

Pakistan siyasi hakimiyyəti, o cümlədən Xarici İşlər naziri Bilaval Bhutto və həmçinin ölkənin ordu rəhbərliyi dəfələrlə bildirib ki, Pakistan öz sərhədləri xaricində də TTP-yə qarşı tədbir görmək səlahiyyətinə malikdir.

Məlumatlara görə, TTP döyüşçüləri əsasən Əfqanıstanın şərq sərhəd bölgələrində yerləşirlər. Onlar müxtəlif sərhəd bölgələrində toplanan ianələrdən maliyyə alırlar. Yerli sakinlər iddia etdi ki, TTP üzvləri məscidlərdə cihad üçün açıq şəkildə pul istəyir, ianələr isə insanlar tərəfindən dəstəklənir. Hesab olunur ki, “Taliban” bu cür maliyyə toplama kampaniyalarını həm qadağan etmir, həm də müəyyən dərəcədə dəstəkləyir.

Cəlalabad yaxınlığında TTP lideri Müfti Nur Vəli və onun iki döyüşçünün yaralanması ilə bağlı təsdiqlənməmiş son xəbərlər Pakistan və Əfqanıstan arasında TTP ilə bağlı fikir ayrılıqlarını gündəmə gətirir.