Pakistanda Cənubi Koreyadan olan dünyaca məşhur BTS pop qrupu barədə qadağalar tətbiq olunub.
7Times.az xəbər verir ki, “The Independent” qəzetinin yazdığına görə, BTS fanatları tərəfindən qrup üzvü Conqukun şəhər mərkəzində fotosu asılaraq ad günü ilə bağlı xoş sözlər qeyd olunub.
Lakin “Camaat-i İslami” partiyasının üzvü və əyalət məclisi namizədi Furkan Aziz Butt feysbukda paylaşım edərək məsələni ictimailləşdirib və hökumətin müdaxilə etməsini istəyib.
O, məsələ ilə bağlı Əyalət məclisinə şikayətlər daxil olduğunu vurğulayıb: “Şəhərdə qarışıqlıq oldu, xeyli gənclərimiz var. BTS onlara mənfi təsir edir və səhv işlərlə məşğul olmağa təşviq edir. Homoseksuallığı təbliğ edirlər. Bu reklamı buraya qoyanlar özlərinə Gujranwala Ordusu (BTS fanatları özlərini ordu adlandırır -red.) deyirlər. Burada yalnız Pakistan Ordusu var”.
Qeyd edək ki, sözügedən plakat bir neçə saat sonra sökülüb.