Keçmiş baş nazir və müxalifətdəki “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xan xaricdəki xeyirxahlarının ölkəni tərk etmək çağırışlarına baxmayaraq, Pakistanda qalacağını deyib.
7Times.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti İslam Respublikası hökumətinin keçmiş rəhbərinin bir gün əvvəl dərc olunmuş videomüraciətinə istinadən məlumat yayıb.
“Mən heç bir oğurluq və ya cinayət törətməmişəm. Niyə mən Pakistanı tərk etməliyəm?”, – nəşr Xanın sözlərinə istinadən qeyd edib
Follow @7timesaz