Aktual

Pandemiya ilə bağlı bədbin PROQNOZ: “Qarşıdakı üç il…”

Pandemiya ilə bağlı bədbin PROQNOZ: “Qarşıdakı üç il…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

 

Maraqlıdır, karantin müddətinin davamlı olaraq uzadılması labüddürmü?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən infeksionist Nicat Əzimli koronavirusun zamanla daha yüngül xəstəliyə çevrilə biləcəyini deyib:

“Karantin rejiminin uzadılması pandemiyanın hələ davam etməkdə olduğunu nəzərə alsaq, adekvat qərardır. Virus heç vaxt tamamilə aradan qalxmayacaq. Sadəcə mutasiyalarla və insanlığın qazandığı spesifik immunitetlə daha da yüngül xəstəliyə çevrilməsi artıq pandemiyanın bitməsinə gətirib çıxaracaq. Bəzi laborator tədqiqatlara görə, bu ehtimal az da olsa, hər zaman var. Amma hansısa metodla bu ehtimalı proqnozlaşdırmağımız mümkün deyil”.

N.Əzimli pandemiyanın qarşıdakı beş il ərzində bitə biləcəyini qeyd edib:

 

“ÜST tərəfindən bu haqda son olaraq, deyilmişdi ki, pandemiyanın bitməsi uzaqda deyil. Amma hələ ki, davam edir. Yəni ÜST belə pandemiyanın nə vaxt bitməsi haqda proqnoz verə bilmir. Ümumi subyektiv fikir olaraq qeyd olunur ki, 3-5 il maksimal müddətdir”.