“Yaradıcılıq işlərimiz çox gözəl, öz axarıyla gedir. Mən elə pandemiya dövründə də işləyirdim. İndi yenə də həyat əvvəlki axarına qayıdır. Bir layihəmiz var, ona hazırlaşırıq və bir həftə sonra məlum olacaq. İndi bu haqda açıqlama verə bilmərəm”
Bunu Moderator.az-a açıqlamasında “Avroviziya-2011”-in qalibi, müğənni Eldar Qasımov deyib. E.Qasımov bu dəfə Avroviziyada ölkəmizi tələbəsinin təmsil edəcəyini bildirib:
“Pandemiyada daha çox özümə, fikirlərimə və düşüncələrimə vaxt ayırdım. İndi isə hazırlaşırıq ki, Avroviziyaya gedək və Nadirə dəstək olaq. Bilirsiniz ki, Nadir Rüstəmli mənim tələbəm olub”
Müğənni qələbəmizə aid hələ yeni mahnısı olmadığını bildirib və bunun üçün zamana ehtiyacı olduğunu deyib:
“Əvvəllər “Ay Laçın” mahnısını da ifa etmişəm. Qələbəmizə aid isə hələ ki, yeni bir mahnı ərsəyə gətirməmişəm. Düşünürəm ki, buna böyüməmişəm, çünki vaxt lazımdır. Oxumaq tərzimin fərqi yoxdur və bu mövzuda da oxuya bilərəm. Əgər vətən haqqında oxuyursansa, mütləq deyil ki, marş oxuyasan”.
Follow @7timesaz