Dünya

Papa əməliyyatdan sonra ilk dəfə dindarlara müraciət etdi

Papa əməliyyatdan sonra ilk dəfə dindarlara müraciət etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Papası Fransisk keçirdiyi yoğun bağırsaq əməliyyatından sonra ilk dəfə xəstəxana eyvanından bazar duası oxuyub.

7times.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 4-də əməliyyat olunan ruhani lider ənənəvi duanı xəstəxananın 10-cu mərtəbəsindəki eyvanından edib.

O, çıxışında bugünkü duanı edə bildiyi üçün məmnuniyyət duyduğunu, ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü dilə gətirib.

Papanı 200-dək insan dinləyib. Qafqazinfo.az