Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra jurnalistləri aparan avtobus qəzaya düşüb.
7Times.az xəbər verir ki, “Yomiuri Shimbun” nəşrinin əməkdaşı Vakako Yuki hadisə barədə danışıb:
“Sürücü şokda olduğu üçün heç bir söz demədi. Biz növbəti avtobusu gözləməkdənsə, ən yaxın metro stansiyasına piyada getməyə qərar verdik”.
Follow @7timesaz