Fransanın paytaxtı Parisdə naməlum şəxs soyuq silahla insanlara hücum edib.
“Report” BFM TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib.
Qeyd olunub ki, hadisə “Şarli Hebdo” satirik jurnalının keçmiş binası qarşısında baş verib.
Follow @7timesaz