Xəbər verildiyi kimi, dekabrın 31-də Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanla birlikdə Azərbaycanla sərhəddəki mövqelərə baş çəkib və hərbçilərə həvəsləndirici hədiyyələr təqdim edib.
7Times.az Yenisabah.az-a istinadən xəbər verir ki, “Hraparak” qəzeti “Paşinyan nədən qorxur?” başlıqlı məqaləsində yazdığına görə, Paşinyanın Yeni il ərəfəsində erməni hərbçilərlərə görüşünün video-görüntüləri yayıldıqdan sonra internet istifadəçiləri baş nazirlə görüş zamanı hərbçilərin avtomat tüfənglərinin sandıqçalarının olmadığını, yəni gülləsiz olduğunu müşahidə ediblər.
“Keçmişdə Ermənistan respublikasının birinci şəxslərinin hərbi mövqelərə səfərlərini əks etdirən video-çəkilişlərin müşahidəsi göstərir ki, sərhəd xidmətinin hərbi qulluqçularının hər zaman yanlarında sandıqçaları patronla dolu olan silahlar olub”- erməni nəşri belə yazır.
Görünür, Azərbaycanın 44 günlük savaşdakı böyük uğurlarından sonra Ermənistanın baş naziri öz hərbi qulluqçularından da ehtiyat edir…
Əlavə edilmiş videoda müvafiq kadrlar göstərilir.