Dünya

Paşinyan birinci, Koçaryan ikinci oldu – Sorğunun nəticələri

Paşinyan birinci, Koçaryan ikinci oldu – Sorğunun nəticələribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğusunda liderlik edir.

7times.az xəbər verir ki, bu barədə “MPG” sorğu mərkəzinin hesabatında qeyd olunub.

Paşinyanın blokunu respondentlərin 22,9, sabiq prezident Robert Koçaryanın “Ermənistan” blokunu isə 17,5% -i dəstəkləyib. “Çiçəklənən Ermənistan” partiyasına rəyi soruşulanların 3,8 %-i səs verməyə hazır olduqlarını bildirib.

Paytaxt İrəvan və bir sıra əyalət şəhərlərində “Ermənistan” blokunu, kəndlərdə isə əksəriyyət “Mənim adımım” blokunu dəstəkləyir.

Xatırladaq ki, Ermənistanda erkən parlamet seçkiləri iyunun 20-də keçiriləcək. Ekspertlərə görə, Paşinyanın seçkilərdə əsas rəqiblərindən biri “Daşnaksutyun” və “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edən Robert Koçaryan olacaq. Modern.az