Ermənistan baş naziri Nikol Paşinyan sərhəddəki toqquşma fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib.
7Times.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan sülh müqaviləsindən də danışıb.
Belə ki, Paşinyan mayın 14-də Azərbaycanla sülh sazişinin imzalanacağını çətin hesab etdiyini bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan açıqlama verib. O, Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə görüşəcəyini deyib.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq.
Follow @7timesaz