Dünya

Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmur

Paşinyan bu gün istefa verə bilər – İrəvanda sular durulmurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentdəki “Maariflənmiş Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan Baş nazir Nikol Paşinyana bu gün istefa verməyi təklif edib.

7times.az xəbər verir ki, Marukyan erkən seçkilərin Paşinyanın istefasından sonra baş tuta biləcəyini bildirib.

“Paşinyan təklifimizlə razılaşsa, yəni Silahlı Qüvvələrin Baş Qərargahın tərkibinin dəyişdirilməsi təşəbbüsündən imtina edərsə, erkən seçki vədindən geri çəkilməsə, martın 8-də istefa verə bilər”, – fraksiya rəhbəri bildirib.

Siyasətçiyə görə, istefadan sonra 14 gün ərzində baş nazir seçilməsə, o zaman parlament buraxılacaq: “Yeni bir güc hakimiyyət formalaşdırmaq, ölkədə sülh, əmin-amanlıq və sabitlik yaratmaq üçün ən qısa müddətdə seçkilərə ehtiyacımız var”.

O, bundan əvvəl də Paşinyandan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə vəsatətini geri götürməsini təklif edib. “Maariflənmiş Ermənistan” baş nazirliyə öz namizədini irəli sürməyəcəyini bildirən bir memorandum imzalamağa hazırdır. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarı verilir. Paşinyan martın 1-də keçirilən mitinqdə erkən seçki variantını müzakirə etməyə hazır olduğunu, lakin baş qərargah rəisinin vəzifəsindən getməli olduğunu söyləyib. (Teleqraf.com)