Dünya

Paşinyan bu şərtləri qəbul etməyə hazır olduqlarını açıqlayıb

Paşinyan bu şərtləri qəbul etməyə hazır olduqlarını açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

“Novosti Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu iddia edib.

Baş nazir bildirib ki, Ermənistan Avropa İttifaqının təklifinə uyğun olaraq qoşunlarını Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkməyə hazırdır. (report)

Ermənistanın baş naziri, həmçinin əlavə edib ki, ölkəsi Alma-Ata Bəyannaməsinin şərtlərini qəbul etməyə hazırdır.

“Avropa İttifaqının 1991-ci il sərhədlərinə hörmətlə yanaşmağın vacibliyinə dair bəyanatını əhəmiyyətli hesab edirik”. – deyə, marionetka baş nazir bildirib