Dünya

Paşinyan: “Hərbçilərin mübadiləsi Bakı ilə İrəvan arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər”

Paşinyan: “Hərbçilərin mübadiləsi Bakı ilə İrəvan arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbçilərin mübadiləsi İrəvanla Bakı arasında münasibətlərdə “sıfır nöqtə” hesab oluna bilər.

“Report” “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

“Bundan sonra biz heç olmasa cəhd edə bilərik ki, bütün sonrakı xəbərlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması ehtimalını artırsın”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.