Ölkə

Paşinyan İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirdi

Paşinyan İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefonla sərhəddə vəziyyətin deeskalasiyası üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirib.

7Times.az  TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, – deyə məlumatda bildirilir.

Qeyd edilib ki, Paşinyan və Makron “Laçın yolu, Qarabağ və eləcə də Ermənistan-Azərbaycan dövlət sərhədində gərginlik, hərbi əməliyyatların artması tendensiyaları” ilə bağlı məsələləri müzakirə ediblər.