Paşinyan istefa versin deyə aclıq aksiyasına başladı

Paşinyan istefa versin deyə aclıq aksiyasına başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müğənni və “Millətin səsi” partiyasının sədri Mger Mesropyan İrəvanda aclıq aksiyasına başlayıb.

“7times” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Mesropyan ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə aclıq aksiyası keçirir.

“Rəsmi şəkildə bəyan edirəm ki, noyabrın 10-dan xalqımız naminə aclıq aksiyasına başlayıram. Məqsədim Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasıdır. Mən aclıq aksiyamı yalnız Baş nazir istefa verdiyi təqdirdə dayandıracağam”, – deyə Mesropyan feysbuk hesabında yayımladığı videomüraciətdə qeyd edib.

O, həmçinin Paşinyanı məğlubiyyət simvolu adlandırıb.

Qeyd edək ki, “Millətin səsi” partiyası 2021-ci ilin aprelində təsis edilib və parlamentdənkənar qüvvə olaraq fəaliyyət göstərir.//Qafqazinfo