Dünya

Paşinyan könüllülərlə nəyə nail olmağa çalışır? – Açıqlama

Paşinyan könüllülərlə nəyə nail olmağa çalışır? – Açıqlamabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan orduya könüllülər yığmağa başladığını etiraf edib”.

7Times.az  bildirir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Onun sözlərinə görə, maraqlı məqam odur ki, Razdan meydanında başda Robert Köçəryan olmaqla birləşmiş etirazçılar isə Paşinyanın devrilməsinə cəhdlər edir:

“Nikolun KTMT-yə müraciəti də hələ ki, havada qalıb. Onda düşünə bilərik ki, Rusiya KTMT ordusunu Ermənistana göndərəcək, bunun əvəzinə isə Paşinyan və silahdaşı Suren Papikyan könüllüləri toplayır. Bu könülsüz qrupu peşəkar ordunun edə bilmədiyinimi edəcək? Təbii ki, imkansızdır”.

Ekspert əlavə edib ki, burada ağıllara iki versiya gəlir:

“Birincisi, Paşinyan öz tərəfdarlarını cəbhədə vuruşmaq üçün könüllü adıyla silahlandırır. İkincisi,  Rusiya da kömək adı ilə KTMT, olmazsa, Gümrüdəki əsgərləri ortaya çıxarır. Məntiq məhz budur: Ermənistan vətəndaş qarşıdurmasına gedir”.