Dünya

Paşinyan Nensi Pelosidən nə istəyib? – “Mən devrilsəm…”

Paşinyan Nensi Pelosidən nə istəyib? – “Mən devrilsəm…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İddialara görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ qarşısında bəzi istəklərdə bulunub. Bildirilir ki, Nensi Pelosi Vaşinqtona qayıdar-qayıtmaz ABŞ tərəfindən Azərbaycana qadağaların qoyulması üçün səy göstərəcək.

Paşinyanın istəklərı siyahısında Azərbaycana silah tədarükünün uzunmüddətli dayandırılması, neft və qaz ixracına qadağa qoyulması, o cümlədən, Avropa İttifaqının Azərbaycanla enerji siyasətinə limitlərin tətbiqi var.

 

Bundan başqa, kəşfiyyat məlumatlarının ötürülməsi, İsrailin Azərbaycanla əməkdaşlığının dayandırılması istənilir. Əvəzində isə Ermənistan Rusiya təsirini tədricən aradan qaldıracaq. Paşinyan “əgər mən devrilsəm, ABŞ Qafqazı itirəcək” sətiraltı ifadələri ilə Vaşinqtonun dəstəyini qazanmaq fikrindədir”.

 

Mövzu ilə bağlı fikirlərini Sfera.az-la bölüşən politoloq İlqar Vəlizadənin sözlərinə görə, Pelosi Amerikada hakim partiyanın əsas üzvlərindən, eyni zamanda aparıcı siyasətçilərdən sayılır. Bu baxımdan onun təsir imkanları genişdir:

 

 

“Lakin iş burasındadır ki, Azərbaycan Amerikanın inzibati sturukturları və ABŞ Dövlət Departamenti ilə danışıqlar aparır. Amerika tərəfindən antiAzərbaycan addımları atılarsa, o zaman ilk öncə Amerika-Azərbaycn münasibətləri korlanacaq, ABŞ-ın regiondakı mövqeləri zəifləyəcək, bu isə onların maraqlarına cavab vermir. Ona görə də Amerika siyasətində və hakim partiyasında sanki iki qütb bir-biri ilə müəyyən dərəcədə ziddiyətli oyun aparırlar. Bütün hallarda görünən odur ki, son hadisələrdə Amerikanın maraqları zərbə altına düşür. Fikrimcə, ABŞ-da normal düşünən siyasətçilər baş verənlərdən nəticə çıxaracaqlar. Belə davam etsə, məğlub olan tərəf yalnız ABŞ olacaq. Azərbaycan onsuz da silahları Amerikadan almır. İnanmıram ki, İsrail ABŞ-ın cızdığı planla hərəkət etsin. Çünki İsrail müstəqil dövlətdir və tarix boyu ziddiyyətli məqamlarda dəfələrlə olub ki, İsrail ABŞ-ın istədiyi kimi yox, öz maraqlarına uyğun addımlar atıb. Ona görə də Paşinyanın Pelosidən nələrsə istəməsi əbəs yerədir. İsrail Pelosinin tövsiyəsi ilə Azərbaycana qarşı siyasət aparsa, o zaman nüfuzdan düşə bilər. Bu baxımdan da ABŞ-ın Azərbaycanla əməkdaşlığı dayandırması mümkün deyil”.