“Bu gün üçün ən vacib məsələ Laçın dəhlizindəki böhrandır”.
7Times.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya lideri ilə ikitərəfli görüşdə deyib.
“Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb və bu, Qarabağdakı Rusiya sülhməramlılarının cavabdehlik sahəsidir”, – deyə Paşinyan bildirib.
Paşinyanın iddiasına görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır və Azərbaycan sərnişinlərin, yüklərin maneəsiz keçidinə zəmanət verib:
“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün variantları müzakirə etmək istərdim”.
Musavat.com
Follow @7timesaz