Bu günlərdə xəbər çıxmışdı ki, Araik Paşinyana müharibə elan edib…
Ermənistan hökuməti Azərbaycan Respublikasının Qarabağ torpağında 31-ci ildir qondarılmış separatçı-terrorçu rejimə 144 milyard dram (təxm.290 milyon dollar) göndərəcək.
7Times.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Paşinyan separatçı-terrorçu xuntanın Azərbaycan dövləti tərəfindən CM-nin 8 maddəsi ilə axtarışa verilmiş cinayətkar rəhbəri Arayik Arutyunyanla görüşdə bu qərara gəlib. Büdcə yardımının müxtəlif layihələrə, xüsusən də Badara-Xankəndi su kəmərinin və Badara su anbarının tikintisinə yönəldilməsi planlaşdırılır.
Paşinyanla Araik həmçinin Qarabağın ermənilərin məslunlaşdığı hissəsində mənzil tikintisi, infrastruktur və sosial problemlərin həllini müzakirə ediblər.
Zəruri xatırlatma:
Xocalı rayonu ərazisində yerləşən Badara çayı mənbəyini Qırxqız dağlarından götürür və Xocalı şəhəri yaxınlığından keçərək Qarqar çayına tökülür. Uzunluğu 32 km olan bu çay üzərində anbar tikilməsi və Xankəndinə su kəməri çəkilməsi Qarqar çayına axını azaldacaq ki, bu da Ağdam rayonunun kəndlərində suvarma problemlərini artıra bilər. Bundan əlavə, Badara su anbarının tikintisinin Meşəli kəndinin flora və faunası üçün də təhlükə yaratması mümkündür. Sovet dövründə Azərbaycan rəhbərliyi ermənilərin bu cəhdinin qarşısını alıb…
P.S.Bu günlərdə xəbər çıxmışdı ki, Araik Paşinyana müharibə elan edib…
Follow @7timesaz