Dünya

Paşinyan qorxaraq dünyaya çağırış etdi: “Türkiyə qarışmasın”

Paşinyan qorxaraq dünyaya çağırış etdi: “Türkiyə qarışmasın”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hər zaman Azərbaycanın yanında olacağını bildirdikdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyandan Türkiyə ilə bağlı açıqlama gəlib.

Qazilər.az “ensonhaber.com”a istinadla xəbər verir ki, Paşinyan bu barədə tvitterdə paylaşım edib və dünyanı Türkiyənin Qarabağa müdaxiləsinə mane olmağa çağırıb.

“Beynəlxalq aləmi Türkiyənin Qarabağa müdaxiləsini əngəlləməyə çağırırıq”, – deyə Paşinyan yazıb.

Bundan başqa Paşinyan Türkiyənin hər hansı həmləsinin bölgədə və qonşu ölkələr arasında dağıdıcı nəticələrə səbəb ola biləcəyini söyləyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumlarına sərt reaksiya verərək bunları deyib: “Türk milləti hər zaman olduğu kimi, bu gün də bütün imkanlarıyla Azərbaycanlı qardaşlarının yanındadır”.