Ermənistan parlamentinin sədri Alen Simonyan Cenevrədəki konfransda çıxış edərək “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq, 16 bəndin hamısı razılaşdırılıb” bəyanatının ardı gəlmədi. Gözləntilərə rəğmən, Baş nazir Nikol Paşinyanın spikerinin sözlərini təsdiq edən açıqlaması olmadı.
Politoloq Elxan Şahinoğlu İrəvanın ziddiyətli addımları iki səbəblə izah edir: “Ya Ermənistan parlamentinin sədri açıqlamanı özbaşına verib, məqsədi beynəlxalq aləmin dəstəyini qazanmaq və ölkəsini sülhpərvər kimi göstərmək olub, ya da Alen Simonyan baş nazirinin tapşırığını yerinə yetirib. Əgər ikincidirsə, Nikol Paşinyan yaxın günlərdə bu məsələyə aydınlıq gətirməli, Azərbaycanın şərtlərini qəbul edib-etmədiyini açıqlamalıdır”.
“AzPolitika.info”
Follow @7timesaz