Dünya

Paşinyan sülh müqaviləsindən DANIŞDI

Paşinyan sülh müqaviləsindən DANIŞDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdə, bu barədə məlumat veriləcək. Hələlik növbəti görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur.

7Times.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib.

“Hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq. Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, delimitasiya prosesi, əslində, 2024-cü ildə çox konkretləşdi. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Ölkələrin hər biri prinsipial əhəmiyyət kəsb edən bu sənədi təsdiqləyib. Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhəddinə qədər demarkasiyası işinə diqqət yetirsinlər”.

Paşinyan sülh müqaviləsi barədə də danışıb:

“Sülh müqaviləsi ilə bağlı yeni heç nə yoxdur, çünki mən artıq demişəm ki, layihənin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri sərhəddə üçüncü ölkə qüvvələrinin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik.
Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərait və şərtlər daxilində bizim üçün məqbul sayıla bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik.

Əks halda elə bir vəziyyət yarana bilər ki, vəziyyəti ggərginləşə bilər”.

Paşinyanın sözlərinə görə, Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil.

“Biz maneəsiz keçidə qarşı deyilik, amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil”.

O deyib ki, İrəvan Azərbaycana öz təkliflərini göndərib və cavab gözləyir.