Dünya

Paşinyan təcili iclas çağırdı

Paşinyan təcili iclas çağırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.

7times.az Publika.az-a istinadən xəbər verir ki, dünən Hadrutda baş verən hadisəni nəzərə alaraq təhlükəsizlik məsələsinin müzakirə ediləcəyi güman edilir.

İclasa parlament fraksiyalarının liderləri də dəvət edilib.

Bəzi mənbələrə görə, sülhməramlı qüvvələrin komandanı Rüstəm Muradov hazırda Moskvadadır.

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan da oradadır.