Dünya

Paşinyan təyinat qərarını yenidən prezidentə yollayacaq

Paşinyan təyinat qərarını yenidən prezidentə yollayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan baş qərargah rəisi təyinatı ilə bağlı qərarı yenidən prezidentə göndərəcək.

7times.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin aparatından məlumat verilib.

Qeyd edək ki, Nikol Paşinyan Artak Davtyanın baş qərargah rəisi təyin olunması ilə bağlı qərarı imzalanması üçün prezident Armen Sarkisyana göndərmişdi. Lakin prezident qərarı imzlamadan Nikol Paşinyana geri qaytarmışdı. Konstitusiyaya uyğun olaraq, Paşinyan qərarı yenidən Sarkisyana göndərmək hüququndan istifadə edəcək.