Dünya

“Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır” – KİV

“Paşinyan üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır” – KİVbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv etməyə çalışır.

APA xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazır.

“Bir neçə ay əvvəl Nikol Paşinyan partiyadaşlarının məhdud çevrəsinə kommunikasiyaların açılması prosesini müəyyən edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini ləğv edəcəklərini bəyan edib”.

Paşinyanın uzun müddətdir ki, buna eyham vurduğunu xatırladan qəzet, 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı hökumət başçısının bunu açıq dilə gətirdiyini yazır.

“Hazırda biz Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmənin yaradılması prosesindəyik, onun məqsədi kommunikasiyaların təhlükəsizliyini təmin etmək olacaq. Bundan əlavə, biz bütün ölkə üzrə patrul polisini işə salmışıq, onun ən mühüm vəzifələrinə insanların, yüklərin, malların və nəqliyyat vasitələrinin kommunikasiyalardan keçidi daxildir”, – Paşinyan qeyd edib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə əsasən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi.