Dünya

Paşinyan xarici işlər nazirini istefaya göndərə bilər

Paşinyan xarici işlər nazirini istefaya göndərə bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri Nikol Paşinyan yeni təyin etdiyi nazirlərdən birini istefaya göndərə bilər.

7times.az Ermənistanın “Qraparak” qəzetinə istinadən xəbər verir ki, söhbət 2020-ci il noyabrın 18-də xarici işlər naziri postuna təyinat almış Ara Ayvazyandan gedir.

Qəzetin məlumatına görə, Ayvazyanın Moskva səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfrnası zamanı söylədikləri Paşinyanın xoşuna gəlməyib. Belə ki, Ayvazyan Türkiyənin ünvanına sərt ifadələr işlədərək onunla münasibətlərin normallaşdırılması üçün bir sıra şərtlər irəli sürmüşdü.

“Nazir Yerevana döndükdən sonra onunla Paşinyan arasında sərt söhbət olub. Paşinyan nazirə sərt xəbərdarlıq edib”-deyə qəzet yazır.modern.az