Dünya

Paşinyana qarşı çevriliş planı – Nazirlə general əlbəyaxa oldu

Paşinyana qarşı çevriliş planı – Nazirlə general əlbəyaxa oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun Dağlıq Qarabağ münaqişəsində vəziyyəti ağırlaşdıqca ölkədə siyasi çəkişmələr kəskinləşir.

7times.az bildirir ki, bu haqda erməni KİV-ləri xəbər yayıb. Məlumata görə, hazırkı hökumətlə “Qarabağ klanı” arasında münasibətlər daha da pisləşib.

Qeyd olunur ki, bu günlərdə Laçın rayonunda müdafiə naziri David Tonoyanla general Vitali Balasanyan arasında ciddi münaqişə yaşanıb. Nazirin qərargahına gələn V.Balasanyan onu Qarabağda ağır məğlubiyyətə görə ittiham edib. Bundan başqa, general nazirdən istefa verməyi tələb edib. Həmçinin, o, D.Tonoyandan Nikol Paşinyana müraciət edərək, onun özünü müdafiə naziri təyin etməsi barədə fərman imzalamağı tələb edib.

Bəzi məlumatlara görə, tərəflər arasında əlbəyaxa dava düşüb. D.Tonoyan generalı həbs etdirməklə hədələyib.

Qeyd olunur ki, həmin gün V.Balasanyan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla da görüşüb. Onlar arasında “Qarabağın xilası” məqsədilə Ermənistanın indiki hökumətini devirmək üçün səyləri birləşdirmək barədə razılıq əldə olunduğu deyilir. //Trend