Dünya

Paşinyana qarşı TERROR AKTI: Təhlükəsizlik Nazirliyi hərəkətə keçdi

Paşinyana qarşı TERROR AKTI: Təhlükəsizlik Nazirliyi hərəkətə keçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Məclis rəhbərliyinin media üçün nəzərdə tutduğu yeni məhdudiyyətlərə görə, deputat kabinetlərinə girmək üçün jurnalistin xüsusi icazəsi olmalıdır. Buna səbəb Ermənistan Təhlükəsizlik Nazirliyinə Baş nazir Nikol Paşinyana qarşı terror hücumu ilə bağlı məlumatın daxil olmasıdır.

7Times.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr iddia edir ki, terror hücumu ilə bağlı artıq tədbirlər görülməyə başlanılıb.

Bu çərçivədə jurnalistlərin yeni seçilmiş deputatlardan müsahibə ala bilməsi üçün xüsusi otaq yaradılıb. Əlavə olaraq, digər təhlükəsizlik tədbirləri də nəzərdə tutulur. Xüsusən də milli məclisin foyesində yoxlama məntəqələri quraşdırılacaq və deputatların görüş otağına girmələrinə imkan verən xüsusi fərdiləşdirilmiş “çiplər” hazırlanacaq.