“Bölgədə sülh olsa, müstəqilliyimiz də olacaq. Sülh olana qədər Ermənistan və bölgənin səmasında SSRİ-nin ruhu uçacaq”.
7Times.az xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümü münasibətilə ünvanladığı məktubunda qeyd edib.
Paşinyan məktubunda qeyd edib ki, Müstəqillik Bəyannaməsinin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də müharibədən sonra dəfələrlə oxuyub: “Etiraf edim ki, mənim müharibədən sonrakı mütaliələrim müharibədən əvvəlkilərdən bir qədər fərqli oldu.
Bəyannamənin mətninin ekspert təhlili göstərir ki, biz son nəticədə bizi Sovet İttifaqının bir hissəsi edən düstura əsaslanan sözlər və məzmunlar seçmişik. Söhbət bizi qonşularımızla daim öz münasibətlərimizdə regional münaqişə diskursunda saxlamaqdan gedir.
İndi başqa yolların nə olacağını və hara aparacağını bilmirik. Keçilmiş yolu təhlil edib anlamaq bizim tarixi borcumuzdur. 2018-ci ildə Ermənistanın baş naziri vəzifəsinə başlamazdan əvvəl və ondan sonra mən Ermənistanın Müstəqillik Bəyannaməsinə “İncil mesajı” kimi yanaşırdım və Bəyannamə, nə qədər fundamental olsa da, sənədin dərindən öyrənilməsinə ehtiyac duyurdum, çünki o hələ də bütün sonrakı nəticələri olan siyasi sənəddir.
İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə qeyd etmək istəyirəm ki, bizim hökumətin qəbul etdiyi sülh gündəliyi müstəqilliyin gündəliyidir, çünki sülh olsa, müstəqilliyimiz də olacaq. Bizdə sülh olana qədər SSRİ-nin ruhu bizim səmamızda, bölgəmizin səmasında uçacaq.
Mən müstəqilliyi, suverenliyi, demokratiyanı seçirəm”.
“Ölkə.Az”
Follow @7timesaz