Dünya

Paşinyanın ətrafı seyrəlir: Daha bir istefa

Tiqran Ulixanyan istefasının səbəbini açıqlamayıb.

Paşinyanın ətrafı seyrəlir: Daha bir istefabackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu hakim “Mənim addımım” parlament fraksiyasının üzvü Tiqran Ulixanyan deputat mandatından imtina edib.

7times.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan parlamentinin sədri Ararat Mirzoyan onun deputat səlahiyyətlərinin dayandırılması haqqında protokolu imzalayıb.

T.Ulixanyan istefasının səbəbini açıqlamayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyanın partiyasından daha bir neçə deputatın istefa verdiyinə dair xəbər yayılmışdı.