Ermənistan ordusunun generalı işdən çıxarılıb.
7times.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi əsasında birinci ordu korpusunun komandanı, general-mayor Jirayr Poqosyanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb.
Qeyd edək ki, Poqosyan 2018-ci ilin iyun ayından bu vəzifədə çalışıb. O, Paşinyanın istefasını tələb edən hərbçilərdən biridir. demokrat.az
Follow @7timesaz