Aktual

Paşinyanın “lift danışığı”nın yeganə şahidi ÖLDÜ

Paşinyanın “lift danışığı”nın yeganə şahidi ÖLDÜbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın mühafizə xidmətinin keçmiş rəhbəri Qriqori Ayrapetovun öldüyü barədə xəbər yaylıb.

7Times.az  Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ayrapetovun yaxın dostlarından biri bildirib.

Qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi, general Qriqori Ayrapetov yanvarın 1-də yaşadığı mənzildə ölüb.
Xatırladaq ki, Ayrapetov 2018-ci il oktyabrın 1-də Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə eyni liftdə görünmüşdü.

Başqa sözlə, Dövlət Mahfizə Xidmətinin o vaxtkı rəisi Qriqori Ayrapetov Paşinyan liftdə Əliyevə yaxınlaşıb danışıq aparanda, olaya yeganə şahid olmuşdu.

Bu hadisədən istifadə edib Paşinyanı “topa tutan” Qarabağdakı separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan o zaman böyük siyasi səs-küy yarada bilmiş və nəticədə Qriqori Ayrapetov işdən çıxarılmışdı.

Hadisə Balasanyan vasitəsilə Ermənistanda ictimailəşdiriləndən sonra Paşinyan Ayrapetovu istefaya göndərmişdi.

O zaman Paşinyan İlham Əliyevlə söhbətin təfərrüatlarının Ayrapetovun vasitəsilə sıza biləcəyi və Balasanyanın danışığın təfərrüatlarını yalnız Ayrapetovdan öyrənə biləcəyi qərarına gəlmişdi.

Sözügedən görüş sonradan erməni mətbuatında Paşinyanın əleyhinə “lift diplomatiyası” adlandırılmışdı.

Qeyd edək ki, general rütbəli Qriqori Ayrapetov 1991-ci ildən son vaxtlaradək dövlət rəhbərlərinin təhlükəsizliyinə cavabdeh olub. Belə ki, o, Ermənistanın ilk prezidenti Ter-Petrosyanın da təhlükəsizliyini qoruyub. Daha sonra eks-prezidentlər Robert Köçəryan və Serjik Sarkisyana da baş cangüdənlik edib.

Sonra hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olan Ayrapetov 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.