Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan döyülməsi ilə bağlı xəbərləri təkzib edib.
7Times.az xəbər verir ki, parlamentin spikeri Alen Simonyan Aşot Paşinyanın şiddətə məruz qaldığını bildirib.
Aşot Paşinyan isə deyib ki, heç bir hücum olmayıb.
“Mənə qarşı heç bir siyasi və ya hər hansı digər hücum baş verməyib. Təəssüf ki, haqqımda yayılan yalan xəbərləri özüm də təkzib etməliyəm ” , – deyə Aşot Paşinyan bildirib.
Follow @7timesaz