Paşinyanın qaynı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Qraçya Akopyan parlamentdəki davada zaldan çıxarılıb.
7Times.az xəbər verir ki, o parlamentin mühafizəçiləri tərəfindən zaldan çıxarılarkən söyüş və təhqir dolu ifadələr səsləndirib. Bu an kameralar tərəfindən lentə alınıb.
Akopyan sakitləşəndən sonra jurnalistlərə açıqlama verərək bildirib ki, onu bu cür addım atmağa deputat həmkarı Sarkisyanın Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması məcbur edib.Konkret.az
Follow @7timesaz