Ölkə

Paytaxtda baş verən dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEO

Paytaxtda baş verən dəhşətli qəzanın görüntüləri – ANBAAN VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az  xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı 3 nəfərin yüngül bədən xəsarətləri aldığı bildirlib.

Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü 1.1 nişanlama xəttinin olduğu yolda qarşıda hərəkət edən VAZ-2107 markalı maşını ötmək istəyib.

Bu zaman “Saipa”nın sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini əvvəlcə VAZ-2107-yə, daha sonra yol kənarındakı ağaca çırpıb.

Sözügedən görüntüləri təqdim edirik: