Dünya

“Pekin və Vaşinqtonun ümumi maraqları var” – Çin XİN başçısı

“Pekin və Vaşinqtonun ümumi maraqları var” – Çin XİN başçısıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və ABŞ arasında fikir ayrılıqları var, lakin onların da ümumi maraqları var və hər iki ölkənin hərtərəfli dialoqa ehtiyacı var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Dövlət Departamentində ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə deyib.

“Çin və Birləşmiş Ştatlar fikir ayrılıqları olan iki böyük gücdür, lakin eyni zamanda bizim ümumi maraqlarımız da var və biz birlikdə cavab verməli olduğumuz çağırışlarla üzləşirik. Biz dialoqu nəinki bərpa etməliyik, həm də onu dərinləşdirməli və çoxəhatəli etməliyik”, – çinli nazir qeyd edib.

Van İ həmçinin qeyd edib ki, Vaşinqton və Pekin ikitərəfli münasibətləri sabit və davamlı inkişafa qaytarmağa çalışmalıdır.

“Dialoqla biz daha böyük qarşılıqlı anlaşmaya nail ola, <…> ümumi maraqların əhatə dairəsini genişləndirmək üçün birlikdə işləyə və hər iki tərəfin xeyrinə əməkdaşlığa çalışa bilərik ki, biz Çin-ABŞ münasibətlərini sabitləşdirə və onları əvvəlki sağlam, sabit və davamlı inkişaf yoluna qaytara bilək.”, – deyə o bildirib.