Hadisə

MTN polkovnikinin ölüm səbəbi açıqlandı  

MTN polkovnikinin ölüm səbəbi açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.

7times xəbər verir ki, xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.