Pentaqon: ABŞ Ukraynaya əlavə hərbi yardım göstərməyi planlaşdırmır

Pentaqon: ABŞ Ukraynaya əlavə hərbi yardım göstərməyi planlaşdırmırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Ukrayna-Rusiya sərhədi ətrafındakı vəziyyətlə əlaqədar Ukraynaya əlavə hərbi yardım göndərməyi planlaşdırmır”.

APA xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.

“Bizim Ukraynaya əlavə hərbi yardımla bağlı heç bir qərarımız yoxdur”, deyə mətbuat katibi əlavə edib.

Kirbi xatırladıb ki, ABŞ səlahiyyətliləri əvvəllər bu ölkəyə 60 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib və bu həftə Ukraynaya atıcı silah və sursatların da daxil olduğu son partiyanı göndərəcək.