Dünya

Pentaqon İran mətbuatının yaydığı xəbəri təkzib etdi

Pentaqon İran mətbuatının yaydığı xəbəri təkzib etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon ABŞ ordusunun son günlərdə Suriyadakı bir sıra hərbi bazaları tərk etməsi barədə KİV-də gedən məlumatları təkzib edib.

Bu barədə 7Times.az  “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu, belə deyil. Suriyadakı missiyamızın parametrləri eyni qalır”, – ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi “RİA Novosti”yə deyib.

Daha əvvəl İran KİV-i bildirmişdi ki, ABŞ qoşunları Suriya ərazisində üç bazanı tərk edib.