ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Raytheon” şirkətindən Ukrayna üçün orta mənzilli “AMRAAM” raketləri sifariş edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat dərc edilib.
Məlumata görə, “Raytheon” şirkəti ilə bağlanan müqavilənin ümumi dəyəri 192 milyon dollardır.
Sözügedən raketlərin Ukraynaya nə vaxt təhvil veriləcəyi ilə bağlı məlumat paylaşılmayıb.
Follow @7timesaz