Maqazin

Pərəstişkarı məşhur reperin alnından 24 milyon dollarlıq brilyantı qopardı – FOTO/VİDEO

Pərəstişkarı məşhur reperin alnından 24 milyon dollarlıq brilyantı qopardı – FOTO/VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı reper Lil Uzi Vertin (Saymir Vuds) alnına implant edilmiş milyon dollarlıq brilyant pərəstişkarı tərəfindən qoparılıb.

7Times.az Oxu.az-a istinadən xəbər verir ki, barədə ifaçının özü xəbər verib.

Musiqiçinin sözlərinə görə, hadisə Mayamidə “Rolling Loud” hip-hop festivalında baş verib. Belə ki, reperin ifası zamanı izdihamın içindən səhnəyə tullanan pərəstişkarı onun alnına taxılmış qiymətli daşı qoparıb.

Qeyd edək ki, Lil Uzi Vert brilyantı alnına fevral ayında implant etdirmişdi. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.

Sonradan məlum oldu ki, reper alnına implant olunmuş brilyantı bir müddət öncə çıxarıb. Ancaq “Rolling Loud”  festivalı üçün yenidən geri qaytarıb.

Xatırladaq ki, Lil Uzi Vert debüt “Money Longer”in mahnısı ilə dünya miqyasında tanınıb. 2017-ci ildə onun “XO TOUR Llif3” kompozisiyası ən yaxşı mahnıların ilk 10-luğunda düşüb.

Mənbə: TMZ