Maqazin

Pərəstişkarı Teylor Sviftlə danışmaq üçün evinə hücum çəkdi – FOTO

Pərəstişkarı Teylor Sviftlə danışmaq üçün evinə hücum çəkdi – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur amerikalı müğənni Teylor Sviftin pərəstişkarları ilə bəxti gətirmir. Belə ki, onlardan biri avtomobilini ifaçının Nyu-Yorkdakı evinin qarşısına sürərək səkidəki hidrantı söküb. Bundan sonra sürücü ifaçının qapısından domofonu qırıb çıxarıb, ancaq içəri keçə bilməyib.

Pərəstişkarı ulduzu görənə qədər ərazini tərk etməkdən imtina edib, lakin polis onu saxlayıb.

Bildirilir ki, dava edən şəxs sərxoş olub. O, psixoloji müayinə və narkotik testindən keçmək üçün xəstəxanaya göndərilib, daha sonra sərxoş vəziyyətdə avtomobil idarə etmək və asayişi pozmaqda ittiham olunub.

Qeyd edək ki, Sviftə aid olan evlərin ünvanlarını internetdə asanlıqla tapmaq olar. Ulduzun özü də dəfələrlə pərəstişkarlarından şikayət edib. Müğənninin sözlərinə görə, bəzi pərəstişkarları xəbərsiz görünməyi xoşladığı üçün o, mənzillərdən hansında daha çox qalmağa üstünlük verdiyini deməməyə çalışır.

Teylor Svift dəfələrlə pərəstişkarlarından zərər çəkib. Onların arasında özünü müğənninin həyat yoldaşı hesab edənlər də var.

2019-cu ildə belə bir fanat Sviftin Rod-Aylenddəki evinə girib. 26 yaşlı Riçard Makyuan hətta “valideynləri ona nəzakətli olmağı öyrətdiyi” üçün girişdə ayaqqabılarını çıxarıb.

2021-ci ilin aprelində 52 yaşlı Hanks Conson müğənninin Nyu-Yorkdakı mənzilinə soxulmaq istəyərkən həbs olunub. O, Sviftin şəxsən görüşəcəyi təqdirdə, şübhəsiz ki, onunla işləmək istəyəcəyini söylədi.

Stalker Timothy Sviftə münasibətdə müğənniyə hətta məhkəmə tərəfindən yaxənlaşma qadağası verilib. O, Sviftin həyat yoldaşı olduğunu təkid edərək, daim təhdid məktubları göndərib və görüş istəyib.

Ancaq bəlkə də ən yaradıcı fanatı Bryuc Rouli olub. Müğənninin təqibçisi sevgi xatirinə 100 min dollar üçün bankı qarət edib, sonra da ifaçının evinə gəlib. O, hasarın üstündən pul ataraq müğənninin ürəyini qazanmağı planlaşdırıb.