“Məni o qədər səviyyəsiz, kasıb bilirsiniz ki, elə bir şeylə arıqlayım? Bunu deyəni məhkəməyə verib, hər şeyini alaram. İstədiyim təzminatı ala bilərəm”.
Lent.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abiyeva “Instagram” hesabında bildirib.
“Instagram”da canlı yayım açan aktrisaya izləyicilərindən biri “Patı ilə arıqlayır” sözlərini yazıb. Buna əsəbiləşən aktrisa izləyicisinə sərt sözlər deyib:
“Qandan analiz verib, yoxlamaq asandı. Ağzınıza gələni danışmayın. İllərdir idman edirəm, bunu görmürsünüz? Yeyib-içdiyimə fikir verirəm. Şirniyyatı qida rasionumdam çıxarmışam. Dilinizə indi də təzə söz düşüb – “patı”. Yalandan şər atıb, tənqid edilib, özünüzə niyə belə neqativ götürürsünüz? Kasıb qızı istəyən varlı oğlanlar da var. Onlar kasıblıqdan varlılığa ucalanlardır. İşləyirlər, özləri qazanırlar. Bəziləri də var ki, işləyən, maşını olan qadını aşağılayır. Deyir, gedib “Range Rover”, “Porsche”, “Bentley” sürür, təhqir yazır. Bunlar işləməyən, avaralardır. “Instagram”da oturub, qadınların pulunu sayır. Buna görə də onlarda aqresivlik yaranır”.